15:55 17-08-2020
news_image
179
STOLÜSTÜ OYUNLAR

Yığmamızın rəqibləri dəqiqləşdi - Olimpiadada

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Azərbaycan millisinin rəqibləri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Top-divizionda mübarizə aparacaq yığmamız B qrupunda yer alıb. 

Təmsilçilərimizin rəqibləri Ukrayna, Qazaxıstan, Macarıstan, Cənubi Afrika Respublikası, Slovakiya, İspaniya, Norveç, Fransa və Niderland şahmatçıları olacaqlar. 

Görüşlərə avqustun 19-da start veriləcək və ayın 30-da bitəcək. Həlledici mərhələdə 4 qrupun hərəsində 10 komanda qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız Olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva ilə mübarizə aparacaq. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaqlar.