16:16 17-08-2020
news_image
94
FUTBOL

Bakıya gələcək 5 futbolçu rəmzi komandada – Şimali Makedoniyada

Şimali Makedoniyada II turun rəmzi komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Sileks”, həmçinin Avropa Liqasında “Neftçi” və “Sumqayıt”la qarşılaşacaq “Şkupi” ilə “Şkendiya” da simvolik komandada təmsil olunub.

Turu qələbə ilə başa vuran “Şkupi” və “Şkendiya”nın 2 oyunçusu bu siyahıya düşüb. “Neftçi”nin rəqibində sağ cinah müdafiəçisi Ardit İlyazi və hücumçu Darbo Dembo, “Sumqayıt”ın qonağı olacaq “Şkendiya”da isə mərkəz müdafiəçisi Eqzon Beytulai ilə yarımmüdafiəçi Enur Totre fərqlənib.

“Sileks”dən də yarımmüdafiəçi İvan İvanovski simvolik komandaya düşüb.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu sabah baş tutacaqsa, “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşləri ayın 27-də olacaq.