16:37 17-08-2020
news_image
121
FUTBOL

Çempionluğa əsas namizədlər – “Neftçi” və “Sumqayıt”ın rəqibləri

Şimali Makedoniya çempionatının ilk 2 turundan sonra komandaların hazırkı durumları dəyərləndirilib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, liqanın əsas favoritləri artıq bəlli olub.

Həmkarlarımızın rəyinə əsasən, 2020/21 mövsümündə Şimali Makedoniyada çempionluğa əsas namizədlər Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və “Sumqayıt”a rəqib olan “Şkupi” ilə “Şkendiya”dır. KİV bu iki komandanın yay fasiləsində gücləndiyini və qızıl medallar uğrunda bir-biriləri ilə mübarizə aparacaqlarını düşünür.

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Sileks”in isə əvvəlki gücündən uzaq olduğu hesab edilir.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu sabah keçiriləcək. Avqustun 27-də isə “Neftçi” “Şkupi”ni, “Sumqayıt” da “Şkendiya”nı qəbul edəcək.