16:55 17-08-2020
news_image
206
FUTBOL

Gürcülərə əmanət - “Keşlə”

UEFA “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə matçının hakimlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Albaniya təmsilçisi ilə paytaxtımızda baş tutacaq görüş gürcüstanlı hakimlərə tapşırılıb.

Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Həmyerliləri Davit Qabisoniya və David Axvlediani yan xətt hakimi funksiyasını icra edəcəklər. Ehtiyat hakim isə İrakli Kvirikaşvili olacaq.

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də “ASK Arena”da keçiriləcək.