16:58 17-08-2020
news_image
219
FUTBOL

Qazaxıstanlılar gəlir - “Sumqayıt” üçün

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sumqayıt”ın debüt oyununu idarə edəcək hakimlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “gənclik şəhəri” təmsilçisinin Şimali Makedoniya klubu “Şkendiya” ilə matçını Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim kimi əsas söz sahibi Arman İsmuratov olacaqsa, ona Sergey Vassyutinlə Samat Terqeussizov kömək edəcəklər. Zandos Abzan isə ehtiyat hakim kimi ölkəmizdə iş başında olacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək.