17:26 17-08-2020
news_image
217
FUTBOL

Həmyerlimizə tapşırıldı - “Ordabasi” – “Botoşani” oyunu

Azərbaycanlı hakimlər avrokuboklarda 2020/21 mövsümünün ilk təyinatını alıb.

Apasport.az saytının məlumatına görə, Rauf Cabarovun başçılıq etdiyi hakimlər briqadası Avropa Liqasının I təsnifat mərhələsi oyunu üçün Qazaxıstana yollanacaq.

Cabarov Çimkənt şəhərində keçiriləcək “Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) oyununu idarə edəcək. Ona Namik Hüseynov və Elşad Abdullayev kömək edəcək. Matçın 4-cü hakimi vəzifəsini Kamal Umudlu daşıyacaq.

Qeyd edək ki, “Ordabasi” – “Botoşani” oyunu avqustun 27-də keçiriləcək.