22:56 17-08-2020
news_image
95
FUTBOL

Azarkeşlər mövsümün futbolçusunu seçdi - Premyer Liqada

İngiltərə Premyer Liqası ilə bağlı daha bir səsvermə keçirilib.

Apasport.az saytının məlumatına görə, bu dəfə azarkeşlər mövsümün ən yaxşılarını müəyyənləşdiriblər.

Nəticədə "Liverpul"un hücumçusu Sadio Mane hamıdan çox səs toplayaraq, 2019/20 mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb. Seneqallı forvard komanda yoldaşları Trent Aleksander-Arnold, Vircil van Deyk, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne, hücumçusu Rahim Sterlinq və "Lester"in qol "silahı" Ceymi Vardini qabaqlayıb.

Qeyd edək ki, Sadio Mane Premyer Liqanın 35 oyununda 18 qol vurub, 9 məhsuldar ötürmə verib.