00:05 18-08-2020
news_image
151
FUTBOL

Uzunmüddətli müqavilə - "Liverpul"da

"Liverpul" sağ cinah müdafiəçisi Neko Uilyamsla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, "qırmızılar" 19 yaşlı futbolçunun müqavilə müddətini yeniləyib.

Uelsin U-19 yığmasının üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sazişə qol çəkib. Uilyams artıq 2025-ci ilin yayına qədər hazırkı klubuna məxsusdur.

Qeyd edək ki, Neko Uilyams 2019/20 mövsümündə Premyer Liqada 6 oyun keçirib.