00:26 18-08-2020
news_image
232
FUTBOL

Mövsümün rekordu - Lautaro Martinesdən

"İnter"in hücumçusu Lautaro Martines 2019/20 mövsümünün rekordunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, argentinalı forvard Avropa Liqasının yarımfinal mərhələsində Donetsk "Şaxtyor"u ilə keçirilən matçda buna nail olub.

Qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan Martines mövsüm ərzində bütün turnirlərdə keçirilən oyunların ilk yarım saatında vurduğu qol sayını 13-ə çatdırıb. Bu isə "Top-5" liqalarda (İspaniya, İtaliya, İngiltərə, Almaniya, Fransa) çıxış edən futbolçular arasında ən yüksək göstəricidir.

23 yaşlı forvard "Bavariya"lı Robert Levandovskini (12 qol) geridə qoyub. Onları müvafiq olaraq Çiro İmmobile ("Latsio" - 11 qol) və Kərim Benzema ("Real" - 10 qol) izləyir.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən oyunda "İnter" "Şaxtyor" önündə 2:0 hesabı ilə üstündür.