11:00 18-08-2020
news_image
261
FUTBOL

“Qarabağ” 2:0 hesabı ilə qalib gələcək”

Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Sileks” oyunu xarici mətbuatın da diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq qarşılaşmanı dəyərləndirən həmkarlarımız Azərbaycan çempionunu cütün favoriti hesab edirlər.

“Qarabağ”ın bu mövsüm də ən pis halda Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyəcəyi ehtimal edilir. “Sileks”in Şimali Makedoniyada çempion olmadığı, “Vardar”ın cəzası səbəbindən Çempionlar Liqasına qatıldığı vurğulanıb. Hətta bugünkü matçda “Qarabağ”ın 2:0 hesablı qələbə qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da başlayacaq.