12:07 18-08-2020
news_image
135
FUTBOL

Kumanın əvəzləyicisi seçildi – Niderland millisində

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin işsiz günləri başa çata bilər.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssisin Niderland millisini çalışdırmaq variantı yaranıb.

Hazırkı baş məşqçi Ronald Kumanın bu həftə “Barselona”ya təyinatı gözlənildiyindən, Niderland Kral Futbol Assosiasiyası onun yerinə məhz Vengeri gətirməyi planlaşdırır. Bir müddət əvvəl “Barselona”nın təklifini rədd edən 71 yaşlı mütəxəssislə hazırda danışıqlar davam edir.

Qeyd edək ki, 1996-2018-ci illər ərzində “Arsenal”ı çalışdıran Arsen Venger ötən ilin noyabrında FİFA-da futbolun qlobal inkişafı üzrə şöbəsinin müdiri vəzifəsini icra edib.