12:35 18-08-2020
news_image
133
FUTBOL

“Keşlə”nin rəqibində 4-cü ayrılıq – klub gizli saxlayır

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Vendi Vetsay komandanı tərk edib.

“Laçi” rəhbərliyi xəbəri gizli saxlasa da, 23 yaşlı hücumameyilli oyunçunun artıq məşqlərdə iştirak etmədiyi bildirilir. Bu ilin əvvəlində “Teuta”dan alınan və ikinci yarıda cəmi 6 oyunda iştirak edən Vetsay artıq düşərgəni tərk edib.

Bununla o, qapıçı Dmitri Stajilla, müdafiəçi Eqlentin Qyoni və hücumçu Bedri Qrekadan sonra yay fasiləsində avrokubok iştirakçısı ilə vidalaşan 4-cü futbolçu olub.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu saat 21:00-da start götürəcək.