12:54 18-08-2020
news_image
301
FUTBOL

“Qarabağ” - “Sileks”: Kim güclüdür?

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Ağdam klubunu aşkar favorit sayırlar. 

Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,26, məğlubiyyəti 13,50 əmsaldır. Matçda heç-heçəyə 6,00 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.