13:50 18-08-2020
news_image
266
FUTBOL

“Fənərbaxça” ilə anlaşdı – rusiyalı hücumçu

“Fənərbaxça” daha bir futbolçu ilə anlaşıb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Lokomotiv”in hücumçusu Fyodor Smolov karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Klublar arasında razılığa əsasən, 30 yaşlı forvard 2020/21 mövsümünü icarə əsasında “sarı-lacivərdlilər”də keçirəcək. Bu, moskvalılara 1 milyon avro qazandıracaq. Rusiya millisinin sabiq üzvünün qazancı isə 1,5 milyon avro təşkil edəcək. “Fənərbaxça” həm də Smolovu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Fənərbaxça” “Kasımpaşa”nın hücumçusu Mame Baba Tiamı da transfer edib.