14:54 18-08-2020
news_image
151
FUTBOL

Stuxlikə yeni təyinat - UEFA-dan

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik yeni təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şaxtyor” (Belarus) – “Sfintul Gheorghe” (Moldova) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 27-də Soliqorsk şəhərindəki “Stroitel” stadionunda baş tutacaq.