17:25 18-08-2020
news_image
155
FUTBOL

Portuqaliyaya qayıtdı – Rikardo Kuarejma

Daha bir ulduz futbolçu karyerasını Portuqaliyada davam etdirmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu Edinson Kavanidən sonra Rikardo Kuarejma da bu ölkədə oynayacaq.

Kavani “Benfika” ilə anlaşıbsa, Portuqaliya millisinin sabiq üzvü “Boavişta”nın formasını geyinəcək. “Kasımpaşa”dan yenicə ayrılan 37 yaşlı ulduz futbolçu yeni komandasına azad agent kimi keçib. Onun müqaviləsinin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Rikardo Kuarejma ölkəsində “Sportinq” və “Portu”nun formasını geyinib. O, həmçinin “Barselona”, “İnter” və “Çelsi” kimi nəhəng klublarda da çıxış edib.