18:48 18-08-2020
news_image
126
FUTBOL

Elxan Məmmədov təbrik etdi – millimizin məşqçisini

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, müxtəlif klublarda çıxış etmiş, gənclər arasında Dünya və Avropa çempionu olmuş, hazırda Azərbaycan milli komandasında məşqçi çalışan Arif Əsədovun 50 yaşı tamam olur.

Apasport.az saytının məlumatına görə, icraçı vitse-prezident Elxan Məmmədov bu gün Arif Əsədovla görüşərək əlamətdar yubileyi münasibətilə  AFFA rəhbərliyi adından onu təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

Əsədov göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.