21:14 18-08-2020
news_image
128
FUTBOL

Koronavirus səbəbindən daha bir oyun keçirilmədi - avrokuboklarda

Avropa Liqasının 2020-21 mövsümünün ilk mərhələsi çərçivəsində keçirilməli olan “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) oyunu baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Qarşılaşmadan əvvəl qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması faktı aşkarlanıb. Bu səbəbdən oyun keçirilməyib.

Qeyd edək ki, bu, avrokubokların yeni mövsümündə koronavirus səbəbindən baş tutmayan ikinci oyundur. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) görüşü ikincilərin futbolçularının koronavirusa yoluxması səbəbindən keçirilməyib, kluba texniki məğlubiyyət verilib.