21:42 18-08-2020
news_image
93
FUTBOL

Kapitanı zədələndi - “Qarabağ”ın

“Qarabağ” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya klubu “Sileks”lə görüşdə kapitan Maksim Medvedev sıradan çıxıb.

Qarşılaşmanın 77-ci dəqiqəsində adi epizodda yerə yıxılan sağ cinah müdafiəçisi xərəkdə meydanı tərk etməli olub. Dizindən zədələnən Medvedev əvəzlənərək birbaşa paltardəyişmə otağına aparılıb. O, kapitan sarğısını Bədavi Hüseynova verib.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə “Qarabağ” 4:0 hesabı ilə öndədir.