09:00 19-08-2020
news_image
165
FUTBOL

Azərbaycan klubunun adı açıqlandı – braziliyalı futbolçu ilə maraqlanan

Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşa ilə maraqlanan Azərbaycan klubunun adı bilinib.

Apasport.az xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına açıqlamasında 22 yaşlı futbolçunun meneceri Antonio Qustavo məlumat verib.

Onun sözlərinə görə, Eronildo “Qəbələ”nin maraq dairəsində olub. Lakin menecer tərəflər arasında danışıqların uğursuz nəticələndiyini söyləyib: “Təklif var idi, ancaq bu, “Vitoriya” klubunu məmnun etmədi. Buna görə də, Azərbaycan təmsilçisinin təklifi rədd edildi”.

Qeyd edək ki, “Qəbələ” klubu ilə müqavilə müddəti 2021-ci ilin sonuna qədər olan Eronildonu birillik icarəyə götürməyə çalışıb. Forvard 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.