09:19 19-08-2020
news_image
99
FUTBOL

“Mançester Siti” ilə anlaşdı - Kulibali

“Napoli”nin müdafiəçisi Kalidu Kulibalinin yeni klubu müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu İngiltərəyə köçməyə hazırlaşır.

Seneqal millisinin üzvü “Mançester Siti” ilə şəxsi razılıq əldə edib. O, Premyer Liqa təmsilçisinin ilinə 10 milyon avro maaş olmaqla 5 illik müqavilə təklifinə müsbət cavab verib. “Şəhərlilər” indi də “Napoli” rəhbərliyi ilə ortaq məxrəcə gəlməyə çalışır. İngilislər 70 milyon avro və əlavə bonus təklif etsə də, Neapol təmsilçisi məbləğin 80 milyon avro olmasını istəyir. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.