12:02 19-08-2020
news_image
176
FUTBOL

Yeni transferin müqavilə detallarını açıqladı – “Sumqayıt”

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü İran Yüksək Liqası təmsilçisi “Pars Jonoubi Jam”da keçirən Azərbaycan əsilli Adəm Həmati heyətə cəlb olunub.

Yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Həmati “kimyaçılar”da 21 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kanadanın “Toronto Siti” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İran təmsilçisi “Persepolis”ə keçən Adəmin son klubu “Pars Jonoubi Jam” olub.