15:09 19-08-2020
news_image
239
FUTBOL

Yeni baş məşqçisi açıqlandı – Niderland millisinin

Niderland yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Niderland Kral Futbol Assosiasiyası Ronald Kumanın gedişindən sonra bu posta Duayt Lodevegesin gətirildiyini açıqlayıb.

“Barselona”nın sükanı arxasına keçən Kumanın millidəki köməkçisi olan Lodeveges müvəqqəti olaraq bu vəzifəni icra edəcək.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Niderland millisinə təyin olunan Ronald Kumanın rəhbərliyi altında komanda 20 oyun keçirib - 11 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət. 57 yaşlı mütəxəssis bu gün “Barselona” ilə 2 illik müqavilə bağlayıb.