17:26 19-08-2020
news_image
142
FUTBOL

Canni De Byazi ilə görüşdü – Rövnəq Abdullayev

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, AFFA prezidenti baş məşqçiyə yeni fəaliyyətə başladığı işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək matçlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da görüşdə iştirak edib.