22:47 19-08-2020
news_image
230
FUTBOL

Çempionlar Liqası matçı təxirə salındı - əvəzedici komanda oynayacaq

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya) oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb ikincilərin fizioterapevtinin koronavirus infeksiyasına yoluxma şübhəsi olmasıdır.

Slovakiya təmsilçisinin daha əvvəl bir oyunçusu koronavirusa yoluxmuş və o, səfərə aparılmamışdı. Farer adalarında komanda yenidən testdən keçib, heç kimdə virus aşkarlanmayıb. Lakin yerli mətbuat fizioterapevtin infeksiyaya yoluxduğunu yayıb. Bunu nəzərə alan UEFA komandanın karantinə alınmasını qərara alıb.

Qitə futbol qurumu matçın avqustun 21-də keçiriləcəyini açıqlayıb. Lakin bu, müəyyən şərtlərlə baş tuta bilər. İki gün sonraya keçirilən qarşılaşmada "Slovan"ın yalnız əvəzedici komandası çıxış edə bilər.

UEFA gənclərdən ibarət kollektivin 13 oyunçusunun sifariş edilməsinə və başqa təyyarə ilə Farer adalarına aparılmasına razılıq verib.