09:07 20-08-2020
news_image
140
FUTBOL

Komandasından böyükhesablı qələbə - Rüfət Dadaşovun

ABŞ-ın ikinci liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun komandası “Finiks Rizinq” yer aldığı B qrupunda 8-ci matçına çıxıb.

Arizona ştatının Finiks şəhərini təmsil edən klub qrupun autsayderlərindən olan “Los-Anceles Qalaksi-2”ni səfərdə böyük hesabla məğlub edib. Hər hissədə rəqib qapısından 2 top keçirən “Finiks Rizinq” özü bir dəfə mərkəzə dəvət edilib və 4:1 hesablı qələbə qazanıb.

Matça ehtiyatdan başlayan Dadaşov 67-ci dəqiqədə - komandası 3:0 hesabı ilə öndə olarkən meydana daxil olub.

Bu qalibiyyətlə xallarının sayını 19-a çatdıran “Finiks Rizinq” B qrupuna başçılıq edir.