09:30 20-08-2020
news_image
94
FUTBOL

PSJ və “Bavariya”dan 2 namizəd - həftənin ən yaxşısı adına

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA yarımfinal matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Neymar, Anxel Di Mariya (hər ikisi PSJ), Serj Qnabri və Robert Levandovskidir (hər ikisi "Bavariya"). Adıçəkilən futbolçuların komandası finala vəsiqə qazanıb və həlledici qarşılaşmada üz-üzə gələcək.

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.