10:21 20-08-2020
news_image
416
FUTBOL

Moldovalılar üçün birinci yerdə Azərbaycan - 21-ci matç

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" dueli Azərbaycanla Moldova klubları arasında avrokuboklarda 21-ci oyun olacaq.

Apasport.az saytının məlumatına görə, bu ölkələrin təmsilçiləri indiyə qədər Avropa arenasında 10 dəfə bir-birilərinə rəqib olublar.

1-i Çempionlar Liqasına, 7-si Avropa Liqasına (UEFA Kubokuna), 2-si isə İntertoto Kubokuna təsadüf edib. Bunların 5-də Moldova, 5-də isə Azərbaycan klubları mərhələ adlayan tərəf olublar. "Qarabağ" 3, "Xəzər Lənkəran" 2, "İnter" (indiki “Keşlə”), "Kəpəz", "Neftçi", "MKT-Araz" və "Bakı" hərəyə 1 dəfə Moldova klubları ilə üz-üzə gəlib.

Ümumiyyətlə, moldovalılar avrokuboklarda ən çox Azərbaycan təmsilçiləri ilə qarşılaşıblar. Baş tutan 20 matçın 5-də rəqiblər, 8-də komandalarımız qələbə qazanıblarsa, 7 oyunda 90 və ya 120 dəqiqəlik mübarizədə bərabərlik qeydə alınıb.

2010/11 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində "Xəzər Lənkəran" "Olimpiya" ilə hər iki görüşdə heç-heçə etsə də, səfər qolu sayəsində rəqib növbəti raunda yüksəlib. İntertoto Kubokunun 2007-ci il mövsümündə isə "Bakı" "Daçiya" ilə hər iki görüşdə 1:1 edib. Moldova təmsilçisi penaltilər seriyası ilə gülən tərəf olub.

İki ölkə təmsilçiləri arasında qarşılaşmalarda Azərbaycan komandaları ümumilikdə 29, moldovalılar isə 18 qola imza atıblar.

ÇEMPİONLAR LİQASI
2017/18 mövsümü
III təsnifat mərhələsi

“Qarabağ” - "Şerif" - 2:1, 0:0

AVROPA LİQASI/UEFA KUBOKU
2005/06
I təsnifat mərhələsi

"Xəzər Lənkəran" - "Nistru" - 1:3, 1:2

2006/07
I təsnifat mərhələsi

"Qarabağ" - "Zimbru" - 1:1, 1:2

2010/11
I təsnifat mərhələsi

"Xəzər Lənkəran" - "Olimpiya" - 0:0, 1:1

2014/15
I təsnifat mərhələsi

"İnter" - "Tiraspol" - 3:2, 3:1

2016/17
I təsnifat mərhələsi
"Kəpəz" - "Daçiya" - 1:0, 0:0

2018/19
Pley-off mərhələsi

"Qarabağ" - "Şerif" - 0:1, 3:0

2019/20
I təsnifat mərhələsi

"Neftçi" - "Speranta" - 3:0, 6:0

İNTERTOTO KUBOKU
2006
I mərhələ

"MKT-Araz" - "Tiraspol" - 0:2, 1:0

2007
I mərhələ

"Bakı" - "Daçiya" - 1:1, 1:1 (penaltilərlə 1:3)