12:10 20-08-2020
news_image
281
FUTBOL

Lüksemburqa xüsusi icazə – Bakıya gəlmək üçün

Lüksemburq yığmasının UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyunu üçün Azərbaycana gəlməsində heç bir problem qalmayıb.

Apasport.az xəbər verir ki, bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb.

Bildirilir ki, koronavirus pandemiyası səbəbindən yaranmış karantin rejimi dönəmində sərhədlərin bağlı olması problem yaratsa da, Lüksemburq millisi sentyabrın 5-dəki görüş üçün Bakıya gələ biləcək. Luk Holtsun komandasına səfərin baş tutması üçün xüsusi icazə verilib.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan yığmamız Lüksemburqla ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda (20:00) keçirəcək. Millimiz 3 gün sonra Kiprin qonağı olacaqsa, lüksemburqlular Monteneqronu qəbul edəcək.