12:28 20-08-2020
news_image
155
FUTBOL

Mövsümünün təqvimi açıqlandı – Premyer Liqada

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bütün turlarda qarşılaşacaq cütlüklər müəyyənləşib.

Sentyabrın 12-də start veriləcək mövsüm gələn il mayın 23-də başa çatacaq. İlk turun “Bernli” - “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Villa” görüşləri təxirə salınıb. Birinci tur çərçivəsində gələn ayın 12-də 6, 14-də isə 2 oyun baş tutacaq.

Son çempion “Liverpul” açılış turunda debütant “Lids”lə üz-üzə gələcək. “Arsenal” London derbisində “Fulhem”lə qarşılaşacaqsa, “Çelsi” “Brayton”un qonağı olacaq.

İngiltərə Premyer Liqası
2020/21 mövsümü
I tur
12 sentyabr

“Kristal Pelas” – “Sauthempton”
“Fulhem” – “Arsenal”
“Liverpul” – “Lids”
“Tottenhem” – “Everton”
“Vest Bromviç” – “Lester”
“Vest Hem” – “Nyukasl”

14 sentyabr
“Brayton” – Çelsi”
“Şeffild Yunayted” – “Vulverhempton”