15:20 20-08-2020
news_image
149
FUTBOL

Koronavirusa yoluxdu - Semedo

Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedo koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı müdafiəçinin testinin nəticəsi pozitiv çıxıb.

26 yaşlı oyunçunun düşərgəyə qatılmazdan əvvəl virusa yoluxduğu aşkarlandığı üçün komanda yoldaşları ilə bağlı heç bir narahatlıq yoxdur. Çünki Semedo Yunanıstana dönüş reysində problem yarandığından, ilk məşqdə iştirak edə bilməyib. Futbolçu artıq karantinə alınıb.

Qeyd edək ki, “Olimpiakos” Çempionlar Liqasında mübarizəyə pley-off mərhələsindən başlayacaq. Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” həmin mərhələyə qədər irəliləsə, Pirey klubu çempionumuza rəqib ola bilər.