15:39 20-08-2020
news_image
573
FUTBOL

4-cü divizion klubuna keçdi – “Qarabağ”a “yox” deyən qapıçı

“Qarabağ”ın uzun müddət maraqlandığı qapıçı Vaçlav Qladkinin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionuna “yox” cavabını verən çexiyalı qolkiper karyerasını İngiltərədə davam etdirəcək.

30 yaşlı oyunçu səviyyəsinə görə 4-cü divizion sayılan Liqa-2 təmsilçisi “Solford Siti” ilə anlaşıb. “Mançester Yunayted”in əfsanələri olan Rayan Qiqqz, Pol Skoulz, Devid Bekhem, Niki Batt, Qari və Fil Nevill qardaşlarının sahibi olduğu komandanın layihəsi Qladki üçün daha cəlbedici olub. Şotlandiya klubu “Sent-Mirren”lə müqavilə müddəti başa çatan qapıçı yeni komandasına havayı keçəcək.

Qeyd edək ki, karyerasının böyük hissəsini ölkəsi Çexiyada keçirən Vaçlav Qladki ötən il “Sent-Mirren”ə transfer olunmuşdu.