16:31 20-08-2020
news_image
624
FUTBOL

Bakıya gətirilə bilər - Əmrə Belözoğlu

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş sabiq kapitan Əmrə Belözoğlunun AVRO-2020-yə aparılacağını istisna etməyib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı karyerasını başa vuran 40 yaşlı yarımmüdafiəçiyə qitə birinciliyində az da olsa şans vermək niyyətindədir.

Belözoğlunun təqdirəlayiq karyerasının olduğunu söyləyən Günəş onu qitə birinciliyi ilə mükafatlandırmaq barədə düşündüklərini vurğulayıb: “Əmrənin həmin vaxt hansı durumda olacağına baxacağıq. Karyerasını davam etdirsəyidi, 100 faiz heyətdə yer alacaqdı. O, bu həvəslə Avropa çempionatına da hazır olar. Əmrəni həmin turnirdə 5 dəqiqə də olsa oynatmaq istəyirik. Ancaq hər şey həmin vaxtkı durumdan asılı olacaq”.

Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-nin A qrupunda İsveçrə, Uels və İtaliya ilə mübarizə aparacaq. Gələn ilin yayında baş tutacaq qitə birinciliyində “ay-ulduzlular” ilk iki rəqiblə oyununu Bakıda keçirəcək.