16:39 20-08-2020
news_image
298
FUTBOL

Lider dəyişdi – UEFA reytinqində

Avrokuboklarda dünən keçirilən oyunlardan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 430 komandanın yer aldığı siyahının lideri dəyişib.

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Lion” üzərində böyükhesablı qələbə qazanan (3:0) “Bavariya” reytinqdə zirvəyə yüksəlib. PSJ ilə keçiriləcək final matçı öncəsi Bundesliqa təmsilçisi İspaniya klubları “Real” və “Barselona”nı geridə qoyub. 
Yeni başlayan 2020/21 mövsümü də daxil olmaqla son 5 ilin nəticələrinə əsasən Münhen klubunun aktivində 109.000 xal var. “Barselona” 2-ci (106.000 xal), “Real” isə (105.000) 3-cü yerə düşüb.

ÇL-in digər finalçısı PSJ 93.000 xalla “Mançester Yunayted”lə yerini dəyişib və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) üzərində böyükhesablı (4:0) qələbə qazanan Azərbaycan çempionu “Qarabağ” “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) ilə 64-cü yeri bölüşür.