17:07 20-08-2020
news_image
130
FUTBOL

Mövsümün ilk təyinatları – Premyer Liqada

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün I turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la “Keşlə” arasında sabah baş tutacaq açılış matçını Elçin Məsiyev idarə edəcək.

Axşam saatlarında keçiriləcək “Neftçi” – “Səbail” qarşılaşmasında isə Rauf Cabarov ədaləti qoruyacaq.

Premyer Liqa
I tur

21 avqust (cümə)
18:30. “Sumqayıt” – “Keşlə”
Kapital Bank Arena.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: Elgiz Abbasov
Hakim-inspektor: İmanxan Sultani
 
20:30. “Neftçi” – “Səbail”
Bakcell Arena.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Babək Quliyev

Qeyd edək ki, I turun digər oyunlarında “Qarabağ” “Sabah”ı (22 avqust), “Qəbələ” isə “Zirə”ni (23 avqust) qəbul edəcək.