22:59 20-08-2020
news_image
383
FUTBOL

İstədiyi ilk 3 futbolçu - Kumanın

"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman ilk transfer hədəflərini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis rəhbərlikdən əvvəlcə 3 oyunçunun alınmasını tələb edib.

Təcrübəli mütəxəssis "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya, "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek və "İnter"in hücumçusu Lautaro Martinesi yeni mövsümdə ixtiyarında görmək istəyir.

Qeyd edək ki, Ronald Kuman "Barselona"nın sükanı arxasına avqustun 19-da keçib. Komanda geridə qalan mövsümü titulsuz başa vurduğundan, Kike Setyen istefaya göndərilib.