00:10 21-08-2020
news_image
285
FUTBOL

Tiaqo Silva razılıq verdi - İtaliya klubuna

PSJ-nin kapitanı Tiaqo Silva İtaliyaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisinin "Fiorentina" ilə danışıqları müsbət nəticələnib.

A seriyası təmsilçisi 35 yaşlı futbolçuya illik 4 milyon avro maaş və əlavə bonuslar təklif edib. Braziliyalı da bu keçidə ilkin razılığını verib. Silva Çempionlar Liqasının final matçından sonra azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Tiaqo Silva ilə "Everton" və "Çelsi" də yaxından maraqlanırdı.