22:25 21-08-2020
news_image
742
FUTBOL

Mövsümə qələbə ilə başladı - "Keşlə" və "Neftçi"

Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün 2020/21 mövsümünə start verilib.

29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçirilib. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gəlib. Qonaqlar yeni baş məşqçi Yunis Hüseynovun debüt matçından 3 xalla ayrılıb. Qəsəbə təmsilçisinə qalibiyyəti gətirən yeganə topa son saniyələrdə Azər Salahlı imza atıb.

Günün ikinci görüşündə “Neftçi” “Səbail”i qəbul edib. Əsasən təcrübəsiz gənc futbolçuların ümidinə qalan "Səbail"in mövsümə sensasiya ilə başlamaq istəyi reallaşmayıb. “Ağ-qaralar” minimal hesabla qələbə qazanıb.

Qeyd edək ki, avqustun 22-də “Qarabağ” – “Sabah” (20:00), 23-də isə “Qəbələ” – “Zirə” (19:00) qarşılaşması ilə I tura yekun vurulacaq.

Premyer Liqa
I tur
21 avqust
18:30. “Sumqayıt” – “Keşlə” - 0:1
Qol: Salahlı, 90+4
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyuşko Boyoviç, 42. Aleksandr Kristovao, 22. Şahrux Qadoyev, 48. Dmitro Klots, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 11. Silvio Rodriges, 23. Artur Batista, 99. Rafael Məhərrəmli, 88. Seymur Əsədov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
Kapital Bank Arena
 
20:30. “Neftçi” – “Səbail” - 2:1
Qollar:
Ələskərov, 16, 66 - Keşavarz, 79
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
“Səbail”: 25. Elxan Əhmədov, 10. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 5. Adil Nağıyev, 7. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Bakcell Arena