22:55 21-08-2020
news_image
214
FUTBOL

Liqa1-də mövsüm heç-heçə ilə başladı - YENİLƏNİB

Fransa Liqa1-də 2020/21 mövsümü start götürüb.

Apasport.az saytının məlumatına görə, bu gün I turun ilk oyunu keçirilib.

Mövsümün açılış matçı Bordoda olub. Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan ötən mövsümü eyni xalla müvafiq olaraq 12-13-cü yerlərdə bitirən "Bordo" ilə "Nant" üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 22-23-də daha 6 görüş baş tutacaq. Turun "Monpelye" - "Lion", PSJ - "Mets" və "Marsel" - "Sent-Etyen" oyunları sentyabrın 15-17-də keçiriləcək.

Fransa Liqa1
I tur
21 avqust
21:00. "Bordo" - "Nant - 0:0