09:00 21-08-2020
news_image
565
FUTBOL

2 illik müqavilə bağladı – “Neftçi”dən gedən futbolçu

“Neftçi”nin sabiq futbolçusu Vangelis Platellasın yeni klubu rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonunda “ağ-qaralar”la yollarını ayıran yarımmüdafiəçi ölkəsi Yunanıstana qayıdıb.

32 yaşlı oyunçu Larisa AEL-i ilə anlaşıb. Platellas Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Klub rəsmi saytı vasitəsilə keçidin reallaşdığını və oyunçunun azad agent kimi heyətə cəlb olunduğunu bəyan edib.

Qeyd edək ki, Vangelis Platellas “Neftçi”yə 2019-cu ilin yanvarında OFİ-dən keçib.