09:05 21-08-2020
news_image
235
FUTBOL

“Laçi” süni örtükdə yoxlama görüşü keçirdi – “Keşlə”yə görə

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, Albaniya klubu yerli “Apoloniya” ilə qarşılaşıb.

“Laçi” gələn həftə “Keşlə” ilə Bakıdakı matçı süni örtüklü meydançada oynayacağı üçün “Apoloniya” Peze-Helmesdə yerləşən süni örtüklü arenada oynamağa razılıq verib. Qarşılaşma “Laçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qola 14-cü dəqiqədə nigeriyalı hücumçu Kirian Nvabueze imza atıb.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu 21:00-da başlayacaq.