09:16 21-08-2020
news_image
153
FUTBOL

“Azərbaycanlılara qarşı işimiz çətin olacaq” – baş məşqçi

“Komandamın birinci hissədəki çıxışından razı qaldım. Ancaq şansları dəyərləndirə bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi”nin baş məşqçisi Armando Kunqu “Apoloniya” ilə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra yerli mətbuata qısa açıqlama verən albaniyalı mütəxəssis Bakı səfərinə də toxunub: “Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik”.

Qeyd edək ki, “Keşlə” – “Laçi” qarşılaşması avqustun 27-də “ASK Arena”da keçiriləcək. Görüş 21:00-da start götürəcək.