09:35 21-08-2020
news_image
303
FUTBOL

Çempionlar Liqası tarixinin ən yüksək gəliri – “Bavariya”dan

Çempionlar Liqasındakı (ÇL) uğurlu çıxış “Bavariya”nın büdcəsini zənginləşdirəcək.

Apasport.az saytının məlumatına görə, turnirdə finala yüksələn Bundesliqa çempionu 120 milyon avroluq gəlir əldə edəcək.

Bu isə ÇL tarixinin ən yüksək məbləğdə qazancıdır. Almanların finala qədər gedən yolda qazancı aşağıdakı komponentlərdən ibarətdir: qrupa düşmək üçün 15,25 milyon avro, qrupda 6 qələbə üçün 16,2 milyon, 1/8 finala çıxmaq üçün 9,5 milyon, 1/4 finala çıxmaq üçün 10,5 milyon, finala yüksəlmək üçün isə 15 milyon avro. Hans-Diter Flikin kollektivi turnirin qalibi olarsa, daha 4 milyon avro, həmçinin UEFA Super Kubokuna vəsiqəyə görə 3,5 milyon avro qazanacaq. Klub eyni zamanda televiziya yayım hüquqlarından 11,5 milyon və son 10 ildə Çempionlar Liqası reytinqində 3-cü yerdə qərarlaşdığına görə 33,24 milyon avro alacaq.

Buna qədər gəlir rekordu “Barselona”ya məxsus idi. İspaniya təmsilçisi 2019-cu ildə 117,73 milyon avro qazanc götürüb.

Qeyd edək ki, “Bavariya” ilə PSJ arasında Çempionlar Liqasının final matçı avqustun 23-də Lissabonda keçiriləcək.