10:31 21-08-2020
news_image
238
FUTBOL

“Qəbələ”yə keçmək istəyinin səbəbi - Alemaonun

Braziliyanın “Parana” klubunun futbolçusu Rafael Alemao Azərbaycana köçməkdə israrlıdır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 24 yaşlı vinger Avropaya yollanmaq və orada legioner həyatı yaşamaq arzusundadır.

Alemaonun onunla maraqlanan “Qəbələ”yə keçmək istəməsinin digər səbəbi “Parana”nın heyətində edilən dəyişikliklərdir. Komanda B seriyasında yeni mövsümə uğurlu start götürsə də, aparıcı futbolçular bir-bir yola salınır. Sağ cinah oyunçusu da müqaviləsinə xitam verilməsinə və azad agent kimi “Qəbələ”yə keçməyə çalışır.

Qeyd edək ki, Rafael Alemao ötən ilin yanvarından “Parana”nın formasını geyinir.