11:21 21-08-2020
news_image
156
FUTBOL

“Barselona”nın futbolçusunu alır – “Latsio”

“Barselona”nın yarımmüdafiəçisi Rafinya yenidən İtaliyaya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, sabiq “İnter”li bu dəfə “Latsio”nun formasını geyinməyə yaxındır.

Kataloniya klubunun yeni baş məşqçisi Ronald Kumanın ixtiyarında görmək istəmədiyi 27 yaşlı orta sahə oyunçusu transferə çıxarılıb. “Latsio” bu keçid müqabilində qarşı tərəfə artıq 12 milyon avro təklif edib. Doğrudur, kataloniyalılar Rafinyanın satışından ən azı 30 milyon avro qazanmağı planlaşdırır. Lakin ən yüksək təklifin bu olması transferin reallaşmaq ehtimalını artırır.

Qeyd edək ki, Rafinya ötən mövsümü icarə əsasında “Selta”da keçirib.