12:22 21-08-2020
news_image
106
FUTBOL

Finala hazırdır – PSJ-nin yarımmüdafiəçisi

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı orta sahə oyunçusu Çempionlar Liqasının final matçına hazırdır.

Zədəsini sağaldan İtaliya millisinin üzvü artıq kollektivlə məşqlərə qoşulub. Futbolçu özü hazır olduğunu və “Bavariya”ya qarşı final görüşündə meydana çıxmaq istədiyini bildirib. Verratti məşq zamanı zədələndiyi üçün 1/4 final və yarımfinal oyunlarını buraxıb.

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması avqustun 23-də Lissabonda keçiriləcək.