13:51 21-08-2020
news_image
3657
FUTBOL

“Neftçi”, “Keşlə” və “Sumqayıt” mərhələ adlayarsa... – nəhənglər gözləyir

Gələn həftə Avropa Liqasında mübarizəyə qoşulacaq Azərbaycan klublarını II və III təsnifat mərhələlərində daha güclü komandalar gözləyir.

Apasport.az saytının məlumatına görə, bu turnirdəki təmsilçilərimiz “Neftçi”, “Keşlə” və “Sumqayıt” I raund səddini keçərsə, tanınmış klublardan birinə rəqib ola bilər.

Çünki həm “Neftçi”, həm “Keşlə”, həm də “Sumqayıt” növbəti mərhələlərdə səpələnməmişlərin sırasında yer alacaq. II raundun Liqa yolunda 72 komanda 36 cütlüyə bölünəcək. 25 komanda məhz II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ki, onlardan 19-u avqustun 31-dəki püşkatmada səpələnmişlərdə olacaq. Təmsilçilərimizə potensial rəqiblər olan həmin klublar arasında “Tottenhem”, “Volfsburq”, “Qranada”, “Milan”, “Reyms” kimi “Top-5” liqaların iştirakçıları da var. Həmçinin komandalarımız “Qalatasaray”, “Bazel”, “Reyncers” kimi güclü rəqiblərlə də qarşılaşa bilər.

III təsnifat mərhələsinin Liqa yolunda isə 52 komanda 26 cütlük formalaşdıracaq. 13 klub məhz bu raunddan avrokubok macərasına başlayacaq ki, onlardan 5-i səpələnmişlərdə yer alacaq. Azərbaycan komandaları əgər III təsnifat mərhələsinə qədər irəliləməyə müvəffəq olsalar, orada “Sportinq”, PSV, AEK, LASK və ya “Rostov”la üz-üzə gəlmək ehtimalı yaranacaq. Bu mərhələnin püşkatma mərasimi isə sentyabrın 1-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər:

“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Standard” (Belçika)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Reyms” (Fransa)
“Rio Ave” (Portuqaliya)
“Dinamo” (Moskva, Rusiya)
“Slovan” (Çexiya)
“Yablonets” (Çexiya)
“Hayduk” (Split, Xorvatiya)
“Kolos” (Ukrayna)
“Villem II” (Niderland)
“Hartberq” (Avstriya)

Səpələnməmişlər:
“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Osiyek” (Xorvatiya)
“Göteborq” (İsveç)
“Vikinq” (Norveç)
“Kaysar” (Qazaxıstan)

III təsnifat mərhələsi
Səpələnmişlər:

“Sportinq” (Portuqaliya)
PSV (Niderland)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Rostov” (Rusiya)

Səpələnməmişlər:
“Riyeka” (Xorvatiya)
“Şarlerua” (Belçika)
“Desna” (Ukrayna)
“Alanyaspor” (Türkiyə)
“Senneryusk” (Danimarka)
“Anortosis” (Famaqusta, Kipr)
“Sankt-Qallen” (İsveçrə)
“Voyvodina” (Serbiya)

Qeyd edək ki, I təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Şkupi”, “Keşlə” – “Laçi” və “Sumqayıt” – “Şkendiya” oyunları avqustun 27-də keçiriləcək.