14:38 21-08-2020
news_image
440
FUTBOL

Yoldaşlıq görüşündəki rəqibi bilindi - Azərbaycan millisinin

Azərbaycan millisi yoldaşlıq görüşü keçirəcək.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Sloveniya ilə qarşılaşacaq.

Matç noyabrın 10-da Lyublyana şəhərində baş tutacaq. Müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

Qeyd edək ki, yığmamız sentyabrda UEFA Millətlər Liqasının 2020/21 mövsümündə mübarizəyə başlayacaq. C Liqasının 1-ci qrupunda yer alan Canni De Byazinin kollektivi Lüksemburq, Monteneqro və Kiprlə yarışacaq.