23:54 21-08-2020
news_image
242
FUTBOL

“Qjilani” Avropa Liqasında APOEL-ə rəqib oldu - YENİLƏNİB

UEFA Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsində mübarizə davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha bir oyun keçirilib.

San-Marino klubu “Tre Penne” Kosovo təmsilçisi “Qjilani”ni qəbul edib. Dünən keçirilməli olan qarşılaşma qonaqların bir futbolçusunda koronavirus aşkarlandığı üçün bu gün baş tutub.

Matçda ev sahibləri hesabı açsalar da, üstünlüyü qoruya bilməyib. 3:1 hesabı ilə qalib gələn “Qjilani” mübarizəni davam etdirmək hüququ qazanıb. Onlar I təsnifat mərhələsində Kipr APOEL-inə rəqib olacaqlar. Həmin qarşılaşma avqustun 27-də baş tutacaq.

Qeyd edək ki, ilkin mərhələnin təxirə salınan “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) görüşü avqustun 22-də olacaq.

Avropa Liqası
İlkin mərhələ

21 avqust
22:00. “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) - 1:3
Qay, 16 - Nikaç, 24, Haydari, 64, Hila, 68