15:06 21-08-2020
news_image
221
FUTBOL

Həftənin oyunçusu açıqlandı - Çempionlar Liqasında

UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu ada “Bavariya”nın yarımmüdafiəçisi Serj Qnabri yarımfinal mərhələsindəki performansı ilə layiq görülüb.

25 yaşlı hücumameyilli oyunçu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, komanda yoldaşı Robert Levandovski, həmçinin PSJ-nin oyunçuları Neymar ilə Anxel Di Mariyanı qabaqlayıb. 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”nın “Lion”u 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın ilk 2 qoluna Qnabri imza atıb.